Almaniya üçün ABŞ hakimiyyətinin tətbiq etdiyi tariflər iqtisadi fəlakətlə nəticələnəcək.

"Unikal" xəbər verir ki, bu barədə “Bild” alman iqtisadçılarına istinadən məlumat dərc edib. 

Beləliklə, Kölndəki Alman İqtisadiyyatı İnstitutunun ekspertləri hesab edirlər ki, dörd il ərzində rüsumlar Almaniyaya 200 milyard avroya başa gələ bilər.  

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp digər ölkələrdən idxala 10% baza rüsumunun müəyyən edildiyini açıqlamışdı.

Gülayə Mecid