Gəncədə 45 yaşlı kişi intihar edib.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Sevinc qəsəbəsində baş verib. Belə ki, Daşkəsən rayonunda anadan olan, lakin sözügedən qəsəbədə yaşayan 1980-ci il təvəllüdlü S.İmanov yaşadığı evin həyətində elektrik naqili ilə özünü asıb.
45 yaşlı kişinin meyiti ailə üzvüləri tərəfindən aslımış vəziyyətdə tapılıb. S.İmanovun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.
Faktla bağlı Gəncə şəhər prokrorluğunda araşdırma aparılır.
Tural Əhmədov