Goranboyda toyda dava baş verib.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.
DİN rəsmisinin sözlərinə görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib:
"Qeyd edim ki, insident zamanı xəsarət alan olmayıb, hazırda araşdırmalar davam etdirilir".
Tural Əhmədov