"Real" ötən gün La Liqanın 30-cu turunda "Valensiya"ya 1:2 hesabı ilə məğlub olub.

"Unikal" xəbər verir ki, matçın 13-cü dəqiqəsində komandanın braziliyalı futbolçusu Vinisius Junior penaltini qola çevirə bilməyib. Onun zərbəsini qonaq komandanın qapıçısı dəf edib.

Bu, "Real"ın cari mövsümdə dəyərləndirə bilmədiyi 5-ci penaltidir. Komanda bütün turnirlərdə 16 penalti yerinə yetirib ki, bunun da 11-i qolla nəticələnib. Bir mövsümdə 5 qaçırılan penalti klubun 2013/2014 mövsümündən bəri ən pis nəticəsidir. Həmin mövsüm "Real" La Liqada üçüncü yeri tutub, ölkə kubokunun və Çempionlar Liqasının qalibi olub.

Qeyd edək ki, "Real" hazırda turnir cədvəlində 63 xalla 2-cidir. Lider "Barselona"nın 67 xalı var.