Azərbaycanın sərbəst güləş komandası Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında ikinci qızıl medalını qazanıb.
"Unikal" xəbər verir ki, 44 kiloqram çəki dərəcəsində mübarizə aparan İbrahim Həsənov fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Qeyd edək ki, daha əvvəl 38 kiloqramda Elman İsmayılov qızıl, Hüseyn Rzazadə isə gümüş medal (41 kiloqram) qazanıb.