"Vaşinqton"un rusiyalı hücumçusu Aleksandr Oveçkin Milli Hokkey Liqasının (NHL) mövsümi çempionatlarında vurulan şaybaların sayına görə kanadalı hücumçu Ueyn Qretskini geridə qoyaraq rekord qırıb.

"Unikal" xəbər verir ki, "Nyu-York Aylenders" ilə səfər oyununda vurulan qol Oveçkin üçün 895-ci olub. Qretskinin hesabında isə 894 vurulmuş şayba var. Hər iki oyunçu 1487 oyun keçirib.

Beləliklə də, rusiyalı 26 illik rekordu yeniləyib.