Daşkəsəndə çağrışa gedən həkimə xəstə tərəfindən hücuma məruz qalıb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Xoşbulaq kəndində qeydə alınıb.
Belə ki, çağırışa gedən Daşkəsən rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi 1991-ci il təvəllüdlü A.Abbaslıya xəstə tərəfindən bıçaqla xəsarət yetririlib.
Barmağından bıçaq xəsarəti alan həkimə yardım edilib, hazırda vəziyyətinin normal olduğu bildirilir. İlkin məlumata görə, hadisəni Xoşbulaq kənd sakini 1997-ci il təvəllüdlü Ş.Əliyev törədib. Onun Vətən müharibəsinin iştirakçısı olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov