Madrid yarımmarafonunda iki qaçışçı infarkt keçirib.

"Unikal" xəbər verir ki,  bu  barədə İspaniyanın "El País" qəzeti yazıb.

Bildirilir ki, daha 50 idmançı yüngül xəsarətlər və istilik vurması üçün tibbi yardım tələb edib.

Hadisə nəticəsində qaçışçılar təcili olaraq xəstəxanaya aparılıb. Həkimlər 21 yaşlı marafon iştirakçısını xilas edə biliblər,  lakin ikinci 38 yaşlı qaçışçı həyatını itirib. 

Müsabiqədə ümumilikdə 27 min nəfər iştirak edib.

Gülayə Mecid