Lənkəranda itkin düşən balıqçının cənazəsi İrandan Azərbaycana gətirilir.

"Unikal" APA-ya istinadən xəbər verir ki, Lənkəranda itkin düşən balıqçı, Lənkəran rayon Siyavar kənd sakini Mahmud İbayevin meyiti ölkəyə gətirilir.

Qeyd edək ki, Mahmud İbayevin meyitinin İranda balıqçılar tərəfindən aşkar olunması barədə məlumat yayılıb.

Xatırladaq ki, bu il yanvarın 13-də balıqçılar 1984-cü il təvəllüdlü Mahmud İbayev və 1968-ci il təvəllüdlü Nazim Abbasov itkin düşüb.

Fevralın 2-də Nazim Abbasovun meyiti tapılıb.