Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Rayon İcra Hakimiyyətinin başçısı aparatının, SHXÇDX-i idarəsinin, Şəhid ailələri,  Vətən müharibəsi qaziləri və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Vətən müharibəsi zamanı torpaqlarmızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş Əliyev İmran Əli oğlunun doğum günündə əziz xatirəsi  dərin hörmət və ehtiramla yad olunub.

"Unikal" xəbər verir ki, şəhidin məzarı üzərinə gül-çiçək dəstələri düzülüb. Onun xatirəsinə ehsan süfrəsi açılıb.

Şəhidin  ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.