Gəncədə intihar olub.
"Unikal"ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, şəhər sakini 1992-ci il təvəllüdlü M.İsmayılov yaşadığı evdə özünü asıb. Onun meyiti ailə üzvləri tərəfindən asılmış vəziyyətdə tapılıb. 33 yaşlı kişinin hansı səbəbdən intihar etməsi məlum deyil.
Faktla bağlı Gəncə şəhər prokrorluğunda araşdırma aparılır.
Tural Əhmədov