İranın xarici işlər naziri Abbas Araqçı və ABŞ prezidentinin nümayəndəsi Stiv Vitkoff Omanda keçiriləcək ABŞ-İran görüşündə aparıcı danışıqlar aparacaqlar.

"Unikal" xəbər verir ki, bu barədə İranın "NourNews" agentliyi məlumat yayıb.

Agentlik qeyd edir ki, Araqçı və Vitkoff İran və ABŞ üzrə yüksək səviyyəli danışıqlar aparan şəxslərdir. Danışıqlar birbaşa deyil, Oman Xarici İşlər Nazirliyinin rəhbəri Bədr bin Həməd bin Hamud Əl Busaidi vasitəsilə başlayacaq.

Xatırladaq ki, A.Araqçı “X” hesabında paylaşım edərək Vaşinqton və Tehranın aprelin 12-də Omanda danışıqlar aparacağını bildirmişdi.

Gülayə Mecid