Müğənni Səidə Sultan ana olmaq istmədiyini açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə sənətçi "İncə səhər" verilişində deyib.
"Mən səhnəni seçirəm. Valideyn olmaq çətindir, böyük məsuliyyətdir. Özüm üçün yaşamaq istəyirəm, uşağı incitmək istəmirəm. Bu cəmiyyət, zəmanə... Uşağa ürəyim ağrıyır. İstəyirəm ömürboyu belə qalım. Artıq problem olanda, söz deyəndə götürə bilmirm. İstəmərəm uşaqlarım artıq söz götürsün".
Qeyd edək ki, bir müddət əvvəl Səidəyə ana olmaqla bağlı "Rəngarəng" verilişində sual verilərkən "Bu həssas mövzudur. Gözə gəlməkdən qorxuram. Nə hə, nə yox deyirəm" deyə cavabını vermişdi.