Nigeriya millisinin hücumçusu Daniel Sosa karyerasını Azərbaycanda davam etdirə bilər.

"Unikal" xəbər verir ki, bu barədə ukraynalı jurnalist Mixail Spivakovski məlumat yayıb. Onun sözlərinə görə, 26 yaşlı forvard Azərbaycan klublarının birindən təklif alıb.

Bildirilib ki, Qazaxıstan komandalarından biri də hazırda Ukrayna təmsilçisi “Krivbass”da çıxış edən oyunçunun xidmətində maraqlıdır.

Qeyd edək ki, D.Sosa Nigeriya yığmasının heyətində 24 matçda 8 qolla yadda qalıb.