17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan milli komandasının aprelin 9-dan 12-dək Bakıda təlim-məşq toplanışı olacaq.

"Unikal" xəbər verir ki, Millimiz aprelin 13-dən 20-dək Moldovanın paytaxtı Kişineuda UEFA İnkişaf Turnirində iştirak edəcək. U-17 turnirdə Moldova, Gürcüstan və Estoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə mübarizə aparacaq.

Bakıda baş tutacaq təlim-məşq toplanışına dəvət alan futbolçuların siyahısı və UEFA İnkişaf Turnirindəki oyunların təqvimi ilə tanış ola bilərsiniz:

Rauf Əyyubov ("Sabah"), Nurəziz Əzizov ("Neftçi"), Kamil Həsənov ("Marcet" İspaniya), Rəşad Gülüşov ("Vətən"), Uğur Qurbanlı ("Qarabağ"), Toğrul Mehdizadə ("Vətən"), Səttar Tahirzadə ("Marcet" İspaniya), Muhamməd Çodarov ("Marcet" İspaniya), İsmayıl Səfərli ("Neftçi"), Amin Rzayev ("Qarabağ"), Sahib Xəlilli ("Neftçi"), Allahverdi Şirinov ("Qəbələ"), Nihad Cəfərzadə ("Sabah"), Ramin Abiyev ("Neftçi"), Sübhan Rzayev ("Qəbələ"), Nihad Hüseynzadə ("Sabah"), Adnan Bunyatov ("Marcet" İspaniya), Əli Bəşirov ("Qarabağ"), Onur Əliyev ("Qarabağ"), Samir Şərifov ("Vətən"), Pünhan Kərimov ("Marcet" İspaniya), Nicat Kərimov ("Vətən")
 
14 aprel
15:30. Moldova – Azərbaycan

“Zimbru” stadionu
 
16 aprel
12:00. Azərbaycan – Gürcüstan

Moldova Futbol Federasiyasının Texniki Mərkəzi
 
19 aprel
12:00. Estoniya – Azərbaycan

Moldova Futbol Federasiyasının Texniki Mərkəzi