Milli Şura nə edəcəyini bilmir
20:09 20-08-2013
CƏMİYYƏT
Milli Şura nə edəcəyini bilmir
Rüstəm İbrahimbəyov Milli Şuranın iclasına qatıldı - selektorla
Milli Şuranın sessiyasında çıxış edən sabiq deputat Gültəkin Hacıbəyli təklif edib ki, qurumun prezidentliyə namizədi ya İsa Qəmbər, ya da Əli Kərimli olsin. Təklif MŞ üzvləri tərəfindən qəbul olunmayıb.Daha sonra MŞ-in sədr R. İbrahimbəyov iclasa qatılıb.
Selektor sistemi ilə Şura üzvlərinə müraciət edən İbrahimbəyov deyib ki, qurum hansı qərarı qəbul etsə, onu dəstəkləyəcək. Milli Şuranın vahid namizədi qurumun seçkilərdə iştirak barədə qərarına hər hansı təsir etmək, quruma yol göstərmək fikrində olmadığını nümayiş etdirərək deyib: "Qoy Milli Şura seçkilərdə iştirakın variantları barədə özü qərar versin". Mətbuata qapalı keçirilən sessiyada Milli Şuranın layihə kimi hazırlanan memorandumu təqdim olunub. Memorandumda Milli Şura sədri Rüstəm İbrahimbəyovun qeydiyyata alınması ilə bağlı mövcud olan süni əngəlləri, onun üzvlərinə müraciətini və təkliflərini, eyni zamanda qurumun seçkilərdə iştirak etmək niyyətini nəzərə alaraq qeyd olunur ki, Milli Şura sədri R. İbrahimbəyovun prezidentliyə namizədliyi sona kimi dəstəklənsin; əgər Milli Şuranın seçki prosesindən kənarda qalmaq təhlükəsi olarsa, qurum üzvü olan potensial namizədlərin prezident seçkilərində iştirak etməsi məqsədəuyğun sayılsın. Eyni zamanda, layihəyə görə, seçki prosesinə qatılan Milli Şura üzvləri bir sıra öhdəliklər qəbul edirlər. Məsələn, Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alındığı təqdirdə öz namizədliyini geri götürmək, seçki kampansiyasında Milli Şuranın 7 iyul 2013-cü il tarixində qəbul etdiyi Təsis Bəyannaməsində və digər sənədlərdə ifadə olunmuş müddəaları əsas platforma kimi qəbullanmaq, səsvermə gününə az müddət qalmış, qanunun tələbləri nəzərə alınmaqla irəli sürülən digər namizədlərlə və Milli Şura ilə razılaşmalar arasında 2 iyul 2013-cü il tarixli memorandumda əks olunmuş öhdəliklərlə razılaşan ən şanslı namizədin xeyrinə öz namidəliyini geri götürmək.
Buda bildirilir ki, müzakirələr qeyri-konstruktiv xarakterdə davam edib. MŞ üzvü olan partiyalar öz aralarında ehtiyat vahid namizədlə bağlı konsensus əldə edə bilmirlər. Üstəlik, memorandum layihəsində təklif olunan çoxnamizədliklə bağlı AXCP-nin etirazları var. Rüstəm İbrahimbəyovun prezidentliyə vahid namizədliyinin qalması, ancaq partiyaların öz namizədləri ilə çıxış etməsi, əgər İbrahimbəyov ölkəyə qayıdarsa və namizədliyi qeydə alınarsa, partiyaların namizədləri geri çəkməsi təklifi 5 partia tərəfindən razılıqla qarşılansa da, AXCP təmsilçiləri bu varianta etiraz edirlər.
Lakin Milli Şura üzvlərindən biri siqaret çəkmək üçün iclas zalından çıxanda jurnalistlərə qeyri-rəsmi deyib ki, çoxnamizədliklə bağlı təkliflər konsensusa daha yaxındır. O, həm də AXCP-nin yürütdüyü taktikaya dair öz fikrini ifadə edib: "Deyəsən onlar boykota getmək istəyirlər".Bunu da qeyd edək ki, Memorandum artıq mətbuata məlum olub və aşağıdakı kimidir. 1. Milli Şura sədri R. İbrahimbəyovun prezidentliyə namizədliyi sona kimi dəstəklənsin.
2. Milli Şuranın seçki prosesindən kənarda qalmaq təhlükəsini nəzər alaraq qurum üzvü olan potensial namizədlərin prezident seçkilərində iştirak etməsi məqsədəuyğun sayılsın;
3. Seçki prosesinə qatılan Milli Şura üzvləri aşağıdakı öhdəliklər qəbul edilir:
a) Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alındığı təqdirdə öz namizədliyini geri götürmək;
b) Seçki kampansiyasında Milli Şuranın 7 iyul 2013-cü il tarixində qəbul etdiyi Təsis Bəyannaməsində və digər sənədlərdə ifadə olunmuş müddəaları əsas platforma kimi götürmək;
c) Milli Şuranın qəbul etdiyi qərarları rəhbər tutaraq seçki kampaniyası dövründə fəaliyyətini digər namizədlərlə əlaqələndirmək;
d) Səsvermə gününə az müddət qalmış, qanunun tələbləri nəzərə alınmaqla irəli sürülən digər namizədlərlə və Milli Şura ilə razılaşmalar arasında 2 iyul 2013-cü il tarixli memorandumda əks olunmuş öhdəliklərlə razılaşan ən şanslı namizədin xeyrinə öz namidəliyini geri götürmək.
4. Bu öhdəlikləri qəbul edən bütün namizədlərə dəstək verilsin.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49