Zaqreb "Dinamo"sunun baş məşqçisi Fabio Kannavaro istefaya göndərilib. 

"Unikal" xəbər verir ki, bu barədə Xorvatiya klubunun rəsmi saytı məlumat yayıb. 

"Dinamo"nun Xorvatiya çempionatının son oyununda "İstra"ya 0:3 hesabı ilə uduzması rəhbərliyin səbr kasasını daşırıb. 

Kannavaro dekabrın sonundan "Dinamo"nu çalışdırırdı. İtaliyalının rəhbərliyi altında 14 rəsmi oyuna çıxan zaqreblilər 7 qələbə, 2 heç-heçə və 5 məğlubiyyətlə üzləşib. 

Zaqreb “Dinamo”su hazırda Xorvatiya çempionatının turnir cədvəlində üçüncü yeri tutur.