"Milli Şuranın vahid namizədi olmaq istəmirəm"
20:10 20-08-2013
CƏMİYYƏT
"Milli Şuranın vahid namizədi olmaq istəmirəm"
"Milli Şuranın 19 avqust sessiyasında mənim namizədliyimin gündəmə gələcəyini gözləmirəm". Şuranın ictimai əlaqələr komissiyasının sədri, "Turan" informasiya agentliyinin direktoru Mehman Əliyev belə deyib.
Mehman Əliyev qeyd edib ki, namizədliyin irəli sürülməsi prosedurunun yekunlaşmasına, ümumən seçkiyə çox az qalıb: "Proseslər onu göstərir ki, ciddi problemlər yarana bilər. Tutaq ki, kimsə Milli Şuranın vahid namizədi oldu, amma hakimiyyət onu qeydiyyata almadı. Onda nə baş verəcək? Belə bir təhlükə var. Hakimiyyət bir bəhanə axtarıb tapacaq, məsələn, namizədliyin qeydə alınması üçün toplanmış imzaların saxta olduğunu iddia edəcək və vahid namizədi qeydiyyata almayacaq. Onda meydan boş qalacaq. Ona görə də bir neçə namizədin seçkiyə qatılması vacibdir. Mütləq belə olmalıdır".
Komissiya sədri deyib ki, Milli Şuranın rəhbərliyi onunla vahid namizəd olmaq məsələsini müzakirə etməyib: "Belə bir müzakirə olmayıb".
"Sessiyada namizədliyiniz irəli sürülsə və iştirakçılar bu haqda qərar qəbul etsələr, bununla razılaşacaqsınızmı" sualına Mehman Əliyev belə cavab verib: "Mən Milli Şuranın vahid namizədi olmaq istəmirəm. Hesab etmirəm ki, buna layiqəm, vahid namizəd mən olmalıyam. "İstəmirəm" deyəndə bunu nəzərdə tuturam.
Müzakirələr getməlidir və çıxış yolu tapılmalıdır. Rüstəm İbrahimbəyovun təcrübəsi onu göstərdi ki, seçkiyə bir neçə namizədlə getmək lazımdır. Rüstəm bəy özü də buna tərəfdardır. Müsavat Partiyasının başqanı İsa Qəmbər namizəd olacağını açıqlayıb. Eşitdiyimə görə, Eldar Namazovun da belə bir niyyəti var. Ona görə də Milli Şura tərkibindən bir neçə namizədin seçkiyə qatılması gözlənir".
Mehman Əliyev bildirib ki, vahid namizəd ideyasını dəstəkləmir: "Bunu siyasətçilər də bilir. Çünki vahid namizəd ideyası demokratik qüvvələrin birləşməsinə mane olur. Həmişə bunun üzərində qırğın gedib. Kim olsun, niyə olsun, yaxud olmasın suallarına cavab yoxdur. Milli Şurada da vahid namizəd ideyası problemli oldu. Bu ideyadan çox ehtiyat edirdim, yenə də problemlər özünü büruzə verdi. Ona görə də azad və ədalətli seçkilər uğrunda vahid hərəkat olmalıdır. Milli Şura bu funksiyanı yerinə yetirməlidir. Kim istəyir seçkiyə qatıla bilər".
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49