Azərbaycan İdman Akademiyasının (ASA) proqram rəhbəri, professoru, “Tərəqqi” medallı Qalib Əbiyev Dünya çempionatları və Olimpiya Oyunlarını idarə etmək hüququna malik olan, boks üzrə beynəlxalq dərəcəli 3 ulduz hakim adına layiq görülüb. 

"Unikal" xəbər verir ki, Q.Əbiyev 15-23 fevral tarixlərində Rumıniyanın Braila şəhərində keçirilən "Dracula Open" turnirində Beynəlxalq Boks Assosiasiyasının təşkil etdiyi son mərhələ nəzəri və praktik imtahanda müvəffəqiyyət qazanıb. 

Daha sonra ASA-nın professorunun imtahan nəticəsi martın 27-i İsveçrənin Lozanna şəhərində yerləşən Baş ofisdə təsdiq edilib.