Birinci Qarabağ müharibəsi şəhidi Xanlar Qafarovun atası İsbət Qafarov bu gün 86 yaşında dünyasını dəyişib.

"Unikal"ın məlumatına görə, İsbət Qulam oğlu Qafarov 1939-cu ildə Lerik rayonunda anadan olub.

Qeyd edək ki, şəhid Xanlar Qafarov 1993-cü ildə Zəngilan rayonu uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Biləsuvar rayon İsmətli kənd qəbiristanlığında torpağa tapşırılıb. Təhsil aldığı İsmətli kənd tam orta məktəbi şəhid X.Qafarovun  adını daşıyır. 

Bu gün aprelin 10-u X.Qafarovun şəhadətinin 32- ci ildönümündə atası İsbət Qafarov torpağa tapşırılıb.

Xəlil Əliyev