Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının sabiq hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin edilib.
“Unikal”ın məlumatına görə, Xanlar Vəliyev Konstitusiya Məhkəməsində general rütbəsi daşıyan yeganə hakim deyil.
Belə ki, sabiq ədliyyə naziri, hazırda Konstitusiya Məhkəməsində hakim olan Fikrət Məmmədov ədliyyə general-polkovnikidir.
Bundan başqa, Baş prokurorun sabiq birinci müavini, hazırda Konstitusiya Məhkəməsinin hakimi olan İsa Nəcəfov ədliyyə general-mayorudur.
Konstitusiya Məhkəməsinin digər iki hakimi - Kamran Şəfiyev və Humay Əfəndiyeva isə 3-cü dərəcə dövlət müşavirləridir.
Hazırladı: Murad İbrahimli