Hətta orta dərəcədə spirt istehlakı (həftədə 98 ml-ə qədər təmiz etil spirti) damarların zədələnməsi riskini artırır, yaddaş problemlərinə səbəb olur.
"Unikal" xəbər verir ki, bu barədə "Neurology" jurnalında araşdırma dərc olunub.
Alimlər orta ölüm yaşı 75 olan 1700-dən çox insanın beyin toxuması nümunələrini analiz ediblər. İş zamanı mütəxəssislər beyində iki növ patologiyanın əlamətlərini axtarıblar.
Onların içki vərdişləri ailə üzvlərinin verdiyi məlumatlara əsasən dəyərləndirilib və iştirakçılar dörd qrupa ayrılıb: heç vaxt içməyənlər, orta dərəcədə içənlər (həftədə yeddi dəfə və ya daha az), çox içənlər (həftədə səkkiz dəfə və ya daha çox) və keçmiş çox içənlər. Beyin toxumalarında zədələnmələr və hialin arterioloskleroz izləri axtarılıb. Nəticələrə görə, heç vaxt içməyənlərin 40 faizində beyin damarlarında zədələnmə görülüb. Bu göstərici orta dərəcədə içənlərdə 45 faiz, çox içənlərdə 44 faiz, keçmiş çox içənlərdə isə 50 faiz olub.
Tədqiqatçılar, digər faktorlar (ölüm yaşı, siqaret istifadəsi, fiziki aktivlik) nəzərə alındıqdan sonra belə, çox içənlərin beyin zədələnməsi riskinin heç vaxt içməyənlərlə müqayisədə 133 faiz daha yüksək olduğunu müəyyən ediblər. Keçmiş çox içənlərdə bu risk 89 faiz, orta dərəcədə içənlərdə isə 60 faiz artıb. Bundan əlavə, ağır və keçmiş çox içki qəbul edənlərdə Alzheymer xəstəliyi ilə əlaqəli risklər daha yüksək faizlə ifadə olunub. Keçmiş çox içənlərdə, həmçinin daha aşağı beyin kütləsi nisbəti və zəif koqnitiv qabiliyyətlər qeydə alınıb. Orta və ya aktiv ağır içkilərdə bu hallar aşkarlanmayıb. A.Justo bildirib ki, bu nəticələr spirtli içkilərin beyin sağlamlığına uzunmüddətli təsirlərini anlamaq və ictimai sağlamlıq tədbirləri görmək baxımından mühüm əhəmiyyət daşıyır. Maraqlıdır ki, çox içənlərin orta ömür müddəti heç vaxt içməyənlərlə müqayisədə 13 il daha az olub.
Tədqiqatın əsas məhdudiyyətlərindən biri isə iştirakçıların həyatları boyunca spirt istehlakının müddəti və koqnitiv qabiliyyətləri haqqında dəqiq məlumatların olmamasıdır.