İran və ABŞ danışıqların növbəti raundunun yeri ilə bağlı məsləhətləşmələr aparırlar.

"Unikal" xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.

Onun sözlərinə görə, yer hələ seçilməyib. Danışıqların yenidən Omanda, yoxsa başqa yerdə baş tutacağı ilə bağlı müzakirələr aparılır.
Bəqayi əlavə edib ki, Oman vasitəçi kimi çıxış etməyə davam edəcək.

Aprelin 12-də Maskatda (Oman) İranın xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff arasında dolayı danışıqlar keçirilib.

Danışıqlardan sonra İran bəyan edib ki, müzakirələr qarşılıqlı hörmətə əsaslanan konstruktiv atmosferdə keçib.