ABŞ prezidenti Donald Trampın administrasiyası smartfon, kompüter və digər elektronika məhsullarını qarşılıqlı ticarət tariflərindən azad edib.
"Unikal" xəbər verir ki, ABŞ Gömrük və Sərhəd Mühafizəsi məlumatlarına əsasən, bu, əvvəllər 145 faiz rüsum tətbiq edilən Çin daşımalarına da aiddir.
Trampın “ticarət müharibəsi” çərçivəsində tariflərə məruz qalacaq mallar siyahısından əksəriyyəti ABŞ-nin idxal etdiyi smartfonlar, noutbuklar, sərt disklər, yaddaş çipləri, kompüter prosessorları və yarımkeçiricilər istehsal edən maşınlar çıxarılıb. Günəş batareyaları, düz panel televizorlar, fleş disklər və yaddaş kartları üçün də rüsumlar ləğv edilib.
Bildirilir ki, bu tədbir Amerika istehlakçıları üçün "şok qiymət artımlarının" qarşısını almağa kömək edəcək və Apple, Samsung və "Tayvan Semiconductor Manufacturing" kimi elektronika şirkətlərinə fayda verəcək.