“Arsenal” futbolçusu Rahim Sterlinqi komandada saxlamayacaq.
"Unikal" xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi mövsümün sonunda müqavilə əsasında məxsus olduğu “Çelsi”yə qayıdacaq. Buna səbəb “topçular”ın baş məşqçisi Mikel Artetanın oyunçunun çıxışından məmnun olmamasıdır.
Səudiyyə Ərəbistanı klublarından da təklif alan təcrübəli oyunçu Premyer Liqada qalmağa müsbət yanaşır.
Qeyd edək ki, R. Sterlinq bu mövsüm “Arsenal”ın heyətində 24 oyunda, 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.