Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.

"Unikal" xəbər verir ki, bununla da yarımfinal mərhələsinin bütün iştirakçıları bəlli olacaq.

“İnter” Almaniyada 2:1 hesabı ilə qalib gəldiyi “Bavariya”nı bu dəfə İtaliyada qəbul edəcək. Bu cütün qalibi finala gedən yolda İspaniya “Barselona”sının rəqibi olacaq.

Digər matçda isə İngiltərə “Arsenal”ı İspaniyada “Real Madrid”in qonağı olacaq. London klubu evdəki ilk görüşdə rəqibini 3 cavabsız qolla məğlub edib. Bu duelin güclüsü yarımfinalda Fransanın PSJ komandası ilə qarşılaşacaq.