"Birbank" müştəriləri üçün yaz mövsümünə özəl kampaniya təqdim olunur.
"Unikal" xəbər verir ki, 15-29 aprel tarixlərini əhatə edən kampaniya çərçivəsində "Birbank" Visa taksit kartı sahibləri onlayn ödənişlərə əlavə keşbek qazanmaq imkanı əldə edəcəklər.
Kampaniya müddətində "Birbank" Visa taksit kartı ilə edilən 50 AZN və daha yüksək məbləğdə bütün onlayn ödənişlərə əlavə 5% keşbek təqdim olunur. Kampaniya çərçivəsində qazanıla biləcək maksimum əlavə keşbek məbləği isə 30 AZN təşkil edir.
Kampaniya şərtləri haqqında ətraflı məlumat üçün: https://b-b.az/oek
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən "Birbank", 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi,118 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. "Kapital Bank" isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.