ABŞ prezidenti Donald Tramp ölkənin ən qədim universitetlərindən biri olan Harvard Universitetini kəskin tənqid edib.

"Unikal" xəbər verir ki,  Ağ Ev rəhbərinin sözlərinə görə, universitet "yolunu azıb", "radikal solçuları" işə götürməyə başlayıb və buna görə də federal maliyyədən məhrum edilməlidir.
 
"Harvard gülüş obyektidir, nifrət və axmaqlığı öyrədir, o, artıq federal pul almamalıdır", - Tramp deyib.

Prezident əlavə edib ki, Harvard “Vukizm” tərəfdarlarını və ümumiyyətlə “gələcəyin liderləri” adlandırılan əsl axmaqları işə götürüb.