İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq futbolçusu Ueyn Runi yenidən baş məşqçiliyə qayıda bilər.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssis "Blekbörn Rovers”i çalışdırmağa yaxındır. Komandanın rəhbərliyi hazırkı baş məşqçi Valerian İsmaelin nəticələrindən razı deyil.

Çempionşipdə mübarizə aparan kollektiv 10-cu sırada qərarlaşıb.

Qeyd edək ki, Ueyn Runi son olaraq "Plimut" komandasına rəhbərlik edib. O, ötən ilin sonunda vəzifəsindən ayrılıb.