Türkiyə kubokunun 2024/2025 mövsümü üçün final matçının vaxtı və yeri açıqlanıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Həlledici görüş Eskişehir Atatürk Stadionunda təşkil olunacaq. Turnirin final matçı 15 may tarixində keçiriləcək.
Kubokun yarımfinalında "Qalatasaray" "Konyaspor"la qarşılaşacaq. Görüş aprelin 22-si baş tutacaq. Digər yarımfinalçılar "Trabzonspor" və "Göztepe"dir. Bu matç isə aprelin 24-ü keçiriləcək.