Aprelin 16-da ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti Ucar rayonuna da təsirsiz ötüşməyib.
"Unikal" xəbər verir ki, yağış suları Ucar Rayon Mərkəzi Xəstəxanasının həyətinə dolaraq bir sıra problemlər yaradıb.
Belə ki, xəstəxanaya müraciət edən rayon sakinləri xüsusilə təcili tibbi yardım, poliklinika və uşaq xəstəxanasına daxil olmaqda çətinlik çəkiblər. Nəticədə nəqliyyat vasitələri insanları binanın girişinə qədər gətirməli olublar.
Yaranmış fəsadın aradan qaldırılması üçün heç bir tədbirin görülməməsi isə təəccübə səbəb olub.
Seymur Əli