Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin rəmzi komandası açıqlanıb.

"Unikal" xəbər verir ki, heyətdə PSJ, "İnter", "Aston Villa", Dortmund "Borussiya"sı və "Arsenal"dan 2, "Bavariya"dan isə 1 futbolçu yer alıb.

Qapıçı: Canluici Donnarumma (PSJ).

Müdafiəçilər: Benjamen Pavar ("İnter"), Ezri Konsa ("Aston Villa"), Yakub Kivyor ("Arsenal"), Nunu Mendeş (PSJ).

Yarımmüdafiəçilər: Maykl Olise ("Bavariya"), Paskal Qros ("Borussiya" Dortmund), Deklan Rays ("Arsenal"), Con Makginn ("Aston Villa").

Hücumçular: Lautaro Martines ("İnter"), Seru Girassi ("Borussiya" Dortmund)