Ağsuda çayxana yanıb.

"Unikal" xəbər verir ki, Bakı-Şamaxı-Yevlax yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində Ağsu rayon Pirhəsənli kənd sakini 1986-cı il təvəllüdlü Mehdizadə Eldost  Elşad oğluna məxsus çayxanada yanğın baş verib.

Yanğın yerinə Ağsu Yanğından Mühafizə Hissəsininnin yanğınsöndürən texnikaları cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 200 k/m olan çayxana içərisində olan əşyalarla birlikdə tamamilə yanıb.

Seymur Əli