Xəbər verdiyimiz kimi, dünən Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə demarkasiya olunmuş Kirants kəndinə gedib.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, Kirants sakini Andranik Nazaryan Paşinyanın hansı şəraitdə Kirantsa getdiyini açıqlayıb.
"Nikol Paşinyan məktəbə gəldi, məktəb evimin yaxınlığındadır, amma gəldiyini bilə-bilə onun üzünü görmək istəmirəm, mən kənddə yox idim. O, bir neçə nəfərlə məktəbə baş çəkdi, hətta həmin görüşdə bütün məktəb kollektivi iştirak etmədi, bir neçə nəfər oldu, bu qədər. Bizim kəndlilər onun ziyarətinə həvəs göstərmirlər. İnsanlar Nikolu görmək istəmir, onunla danışmaq istəmirlər, onu yararsız hesab edirlər", - deyə o qeyd edib.
Ağarza Elçinoğlu