Ağstafada 17 yaşlı yeniyetmə qız sirkə turşusundan zəhərlənib.
"Unikal"ın məlumatına görə, hadisə rayon ərazisində yerləşən parkların birində baş verib. Rayon sakini 2008-ci il təvəllüdlü S.Hacıyeva huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib. Dərhal yeniyetmə qıza yardım edilib, onun vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, 2008-ci il təvəllüdlü S.Hacıyeva buraxılış imtahanında az bal topladığına görə sirkə turşusu içib. H
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov