Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi İrəvanın Şenqavit rayon administrasiyasının əməkdaşlarını saxlayıb.

"Unikal" erməni mediasına istinadən xəbər verir ki, istintaq hərəkətləri komitədə başlanmış cinayət işi çərçivəsində həyata keçirilib. Əməliyyat tədbirləri Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə birgə görülüb. Saxlanılan məmurlar korrupsiyada ittiham olunurlar.