"Fox News" Kiyevi Rusiyanın bir hissəsi kimi göstərdiyinə görə üzr istəməlidir.
Unikal" xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Georgi Tixiy X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Əgər bu, düşünülmüş siyasi bəyanat deyilsə, səhv idisə, üzr istəməli və bu səhvi kimin etdiyi araşdırılmalıdır”, - deyə diplomat vurğulayıb.
Bundan əvvəl "Fox News" Pasxa yayımı zamanı Kiyevi Rusiyanın bir hissəsi kimi etiketləmişdi. Xəbər lentində xətaya yol verildiyi deyilmiş, bir müddət sonra səhv düzəldilmişdi.