İtaliya çempionatının 33-cü turunda çempion "İnter" və "Bolonya" qarşılaşıb. 

"Unikal" xəbər verir ki, oyun "İnter"in 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. 

Yeganə qolu əlavə olunmuş vaxtın dördüncü dəqiqəsində italiyalı hücumçu Rikkardo Orsolini vurub.

Hazırda "İnter" 71 xalla liderdir. İkinci yerdə qərarlaşan "Napoli" də eyni xala malikdir. "Bolonya" isə 60 xalla dördüncüdür. 

Ağarza Elçinoğlu