Almaniya çempionatının 30-cu turunda çempion "Bayer Leverkuzen" "Sent Pauli"nin qonağı olub.
"Unikal" xəbər verir ki, matç heç-heçə ilə nəticələnib.
İspan futbolçu Xabi Alonsonun rəhbərlik etdiyi komanda çexiyalı hücumçu Patrik Şikin vurduğu qol sayəsində 78-ci dəqiqəyə kimi öndə olub.
Meydan sahiblərinin almaniyalı yarımmüdafiəçisi Karlo Buxhalfa cavab qolunu vurub.
"Bayer" 64 xalla ikincidir və lider "Bavariya"dan 8 xal geri qalır. "Sent Pauli" isə 30 xalla 14-cüdür.
Ağarza Elçinoğlu