Ermənistan və Azərbaycan sərhədlərin demarkasiyası işinin növbəti mərhələləri ilə bağlı fikir və təklif mübadiləsini davam etdirir.

"Unikal" xəbər verir ki, bunu Ermənistan Respublikası baş nazirinin müavini, Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası üzrə komissiyanın erməni tərəfinin sədri Mher Qriqoryan deyib.

"Komissiyaların növbəti iclasının tarixi ilə bağlı hələlik konkret razılaşma yoxdur. Tərəflər demarkasiya işlərinin növbəti mərhələlərinin işçi qaydada təşkili ilə bağlı fikir və təklif mübadiləsini davam etdirirlər", - deyə o qeyd edib. 

Ağarza Elçinoğlu