Göygöldə 43  yaşlı kişi dəm qazından boğularaq ölüb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Qızılca  kəndində baş verib. Belə ki, Gəncə şəhər sakini, 43 yaşlı R.Əliyev hamam otağında olarkən dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov