Roma Papası Fransiskin ölüm səbəbləri açıqlanıb.
"Unikal" xəbər verir ki, Vatikanın Səhiyyə İdarəsinin direktoru Andrea Arkangelinin məlumatına görə, papanın ölümünə insult, koma və ürək-damar çatışmazlığı səbəb olub.
Tibbi sənəddə deyilir ki, Papa əvvəllər ikitərəfli multimikrob pnevmoniya, çoxsaylı bronxoektaziya, arterial hipertoniya və II tip şəkərli diabet səbəbindən kəskin tənəffüs çatışmazlığı keçirib.