İranın xarici işlər naziri Abbas Əraqçinin Vaşinqtonda nüvə siyasəti konfransındakı əsas çıxışı ləğv olunub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı İranın BMT-dəki daimi nümayəndəliyi təsdiqləyib.

Nyu-York ofisi elan edib ki, Karnegi Fondu Əraqçinin 2025-ci ildə keçiriləcək nüvə siyasəti konfransında iştirakını ləğv edib.

İran missiyasının bəyanatına görə, ləğv konfrans təşkilatçılarının çıxışın formatını debata dəyişmək qərarına gəlməsindən sonra baş verib. Ləğv edilmiş çıxışın tam mətni KİV-də dərc olunacaq.

Ağarza Elçinoğlu