Çinin Ukraynadakı səfiri Ma Şenkun Çin vətəndaşlarının Rusiya tərəfində hərbi əməliyyatlarda iştirak etməsi ilə bağlı ittihamlara görə bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi "Facebook"da məlumat yayıb.

Kiyev Çin vətəndaşları ilə Rusiya hərbçiləri arasında əməkdaşlığa dair “sübutları” Çin tərəfinə təhvil verdiyini açıqlayıb. Ukrayna Pekin və Moskva arasında müdafiə sektorunda mümkün əməkdaşlıqdan "ciddi narahatlığını" ifadə edib. Təqdim olunan materialların təfərrüatları açıqlanmır.

"Çin tərəfi təsdiqləyici məlumat aldı. Biz konstruktiv cavab gözləyirik", - Ukrayna Xarici İşlər Nazirliyi qeyd edib.