Qırğızıstanın vilayət mərkəzi Oş şəhərindəki "Rus Evi"nin əməkdaşı Nataliya Sekerina muzdluları cəlb etməkdə şübhəli bilinərək respublikanın xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Qırğızıstanın Ali Məhkəməsi məlumat yayıb.
“Bişkek şəhərinin Pervomayski rayon məhkəməsinin qərarı ilə Qırğızıstan Respublikası Milli Təhlükəsizlik Dövlət Komitəsinin Baş İstintaq İdarəsinin Daxili İşlər İdarəsinin müstəntiqinin təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatəti təmin edilib”, - deyə məhkəmənin mətbuat xidməti bildirib.
Bildirilir ki, Sekerina barəsində “istintaq müddətində, yəni 2025-ci il iyunun 17-dək həbs-qətimkan tədbiri seçilib”.
Hazırda vətəndaşlığı dəqiqləşdirilməkdə olan şübhəli şəxs Qırğızıstan Cinayət Məcəlləsinin muzdluların başqa dövlətlərin silahlı münaqişələrində istifadə etmək məqsədi ilə cəlb edilməsi, maliyyələşdirilməsi, maddi təminatı, hazırlanması və ya dövlət hakimiyyətini devirməyə yönəlmiş zorakılıq hərəkətləri və ya dövlət hakimiyyətini devirmək məqsədi daşıyan zorakılıq hərəkətlərində, o cümlədən hərbi qulluqçulardan istifadə təqsirli bilinir.
Məlumata görə, Sekerina ilə yanaşı, Oş meriyasının mətbuat xidmətinin əməkdaşı da daxil olmaqla daha 4 nəfər saxlanılıb.
Gülayə Mecid