“Bu gün ölkədə istifadə olan qazın 70%-i, təqribən 2,7 milyard kubmetri isitmə məqsədilidir”.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "İstilik təchizatı haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı “Azəristiliktəchizat” ASC-nin sədr əvəzi İlham Mirzəliyev deyib.

“Elektrik enerjisi 1.75 milyard kilovat-saat, mərkəzi istilik 1.35 milyard kilovat-saat istifadə olunur. Ümumilikdə, ölkənin istilik tələbatı üçün 28 milyard kilovat/saat enerji sərf olunur”, - deyə İlham Mirzəyev bildirib.

Anar Kəlbiyev