Rusiyada 9-cu mərtəbənin pəncərəsindən yıxılan dörd yaşlı uşaq sağ qalıb. 

"Unikal" xəbər verir ki,  bu barədə Rusiya KİV məlumat yayıb. 

Belə ki, azyaşlının həyatını 12 yaşlı oğlan qurtarıb.  Hadisə zamanı oğlan binanın həyətində olub və pəncərədən yıxılan 4 yaşlı oğlanı tutmağı bacarıb. Hər iki uşaq xəstəxanaya yerləşdirilib.