Qubada körpü çökdü, 30-dan çox kəndin rayon mərkəzi ilə əlaqəsi kəsildi

"Unikal"ın Şimal bürosunun məlumatına görə, Quba-Qonaqkənd-Muçu avtomobil yolunun Quba rayonunun II Nügədi kəndi ərazisindən keçən hissəsində Qaraçayın üzərindəki körpü qəzalı vəziyyətə düşüb. 

Belə ki, sel suları nəticəsində körpünün dayaqlarından bir neçəsi çöküb və körpü uçmaq üzrədir. 

Hazırda körpü bağlanıb. Qubanın 30-dan çox kəndi ilə gediş-gəlişi kəsilib. 

 

Asiman Qaraca