İstanbul dünən baş verən 6,2 bal gücündə zəlzələdən sonra yeraltı təkanlar hələ də davam edir.
"Unikal" xəbər verir ki, AFAD-ın məlumatına görə, bu gün səhər saatlarında Mərmərə dənizinin Büyükçekmece sahillərində 4.1 bal gücündə zəlzələ olub.
Təbiət hadisəsinin ocağı 7 km dərinlikdə yerləşib.
Ümumilikdə isə İstanbulda baş verən 6,2 bal gücündə zəlzələdən sonra 184 afterşokun qeydə alındığı açıqlanıb.
Ağarza Elçinoğlu