"Avropa İttifaqı və digər ölkələrdə hər hansı bir missiyanın yaradılması üçün hüquqi əsas olaraq iki şərt mövcuddur. Ya tərəfdaş ölkənin dəvəti , ya da BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsi olmalıdır".

"Unikal" xəbər verir ki, bunu parlamentdə keçirilən “Cənubi Qafqazda sabitliyə "sülh missiyası" adlı hibrid hücum” mövzusunda ictimai müzakirədə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov deyib. 

"Ermənistandakı missiyalara gəldikdə, biz tamamilə fərqli mənzərə ilə qarşı-qarşıyayıq. Bu günə qədər Avropa İttifaqı Ermənistanda müxtəlif adlar altında üç missiya yaradıb. Bunlardan biri və ya birincisi qismən hüquqi əsaslara söykənsə də, digər ikisi Azərbaycanın razılığı olmadan, ölkəmizin ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına və suverenliyinə təhdid yaradan missiyalar kimi qiymətləndirilə bilər".

Anar Kəlbiyev